Boksçumuz dünya birinciliyində bürünc medal qazanıb
Tarix: 20-04-2021 21:13 | Bölmə: İdman
Boksçumuz dünya birinciliyində bürünc medal qazanıb

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində yarımfinal mərhələsinin görüşlərinə start verilib.

Reyting.az
-ın məlumatına görə, finala vəsiqə üçün Azərbaycan millisinin üzvü Nicat Hüseynov da rinqə çıxıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Nəticədə Hüseynov dünya birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, aprelin 23-də başa çatacaq mundaila 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu qatılıb.(Apasport)




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib