Oyun öncəsi 15 futbolçuda koronavirus aşkarlanıb
Tarix: 16-05-2021 13:10 | Bölmə: İdman
Oyun öncəsi 15 futbolçuda koronavirus aşkarlanıb

Argentina Liqa Kubokunun 1/4 finalında "Boka Xuniors"la qarşılaşacaq "River Pleyt" əzəli rəqibi ilə oyun öncəsi böyük problemlə üzləşib.

Reyting.az
-ın məlumatına görə, klubun yaydığı xəbərdə bildirilir ki, Buenos-Ayres təmsilçisinin 15 futbolçusu koronavirusa yoluxub.

Əvvəlcə 10, daha sonra isə 5 futbolçuda infeksiya aşkarlanıb. Həmin şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, bu gecə keçirilməsi nəzərdə tutulan "Boka Xuniors"-"River Pleyt" matçı Bakı vaxtı ilə 00:30-da başlamalıdır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}