İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib
Tarix: 16-05-2021 23:47 | Bölmə: İdman
İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib

Bu gün futbol üzrə İspaniya La Liqasında 37-ci turun oyunları keçirilib.

Reyting.az
xəbər verir ki, turun bütün qarşılaşmaları eyni vaxtda baş tutub.

Lider “Atletiko” bu turda doğma meydanda “Osasuna”nı qəbul edib. Madrid təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

Turnir cədvəlinin 2-ci sırasında yer alan Madrid “Real”ının rəqibi “Atletik” olub. “Kral klubu” da turu minimal hesablı qələbə ilə başa vurub.

“Barselona” isə bu turda ardıcıl 4 oyundur qələbə qazanan “Selta”nın müqavimətini qırmağa çalışıb. Amma Kataloniya təmsilçisi hesabı açdığı oyunda məğlubiyyətə üzülüb.

“Sevilya” da səfərdə “Vilyarreal”a böyük hesabla uduzub.

İspaniya La Liqası
37-ci tur
16 may

Alaves – Qranada 4:2
Qol: Pons, 8. Duarte, 21. Xoselu, 66. Rioxa, 72 – Molina, 31. Puertas, 63.

Atletik – Real 0:1
Qol: Naço, 68.

Atletiko – Osasuna 2:1
Qol: Lodi, 82. L.Suares, 88 – Budimir, 76.

Barselona – Selta 1:2
Qol: Messi, 28 – Mina, 38; 89.

Betis – Hueska 1:0
Qol: B. İqlesias, 57-pen.

Kadis – Elçe 1:3

Qol: Mari, 15-pen – Milla, 58. D.Qonsales, 64. Fidel, 88.

Xetafe – Levante 2:1
Qol: Alena, 13. Kubo, 84 – Melero, 30.

Real Sosyedad – Valyadolid 4:1
Qol: İsak, 6; 16. D.Silva, 28. Yanuzay, 35-pen – M.Andre, 82.

Valensiya – Eybar 4:1
Qol: Quedes, 3; 49. Soler, 19; 30 – Xil, 39.

Vilyarreal – Sevilya 4:0
Qol: Bakka, 34; 47; 79. Moreno, 66.(Matç.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər