Baş məşqçi postuna üç namizəd var
Tarix: 18-05-2021 08:30 | Bölmə: İdman
Baş məşqçi postuna üç namizəd var

İspaniyanın "Barselona" futbol klubu mövsümün sonunda baş məşqçi Ronald Kumanı vəzifəsindən kənarlaşdırmağa qərar verib.

Reyting.az
-ın məlumatına görə, bu barədə RAC1 bildirib.

Məlumata görə, belə qərar "Barselona"nın La Liqanın XXXVII turunda evdə "Selta"ya 1:2 hesabı ilə məğlubiyyətindən sonra qəbul edilib. Bu matçda uduzan "Barselona" çempionluq şansını itirib. Komanda 76 xal yığaraq, La Liqanın yarış cədvəlində üçüncü yeri tutur.

Məlumata görə, Kumanın yalnız komandanın ona layiqli əvəzetmə tapa bilməyəcəyi təqdirdə baş məşqçi postunda qalmaq şansı var.

Qeyd edilir ki, "Barselona" Kumandan ayrılacağı halda üç nəfərin - Xavi Qarsiyanın, Xavinin və Erik ten Haqın namizədliyini nəzərdən keçirir.(Report)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər