Klub rəhbərinin evi yandırılıb
Tarix: 19-05-2021 16:54 | Bölmə: İdman
Klub rəhbərinin evi yandırılıb

Naməlum şəxslər Şotlandiyanın "Seltik" klubunun icraçı direktoru Piter Louellin evini yandırıblar.

"The Scottish Sun" xəbər verir ki, cinayətkarlar Qlazqo yaxınlığında evin yanında dayanan 3 avtomobilin altına molotov kokteylləri atıblar.

Maşınlardan biri partlayıb, daha sonra alov Louellin evinə yayılıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

61 yaşlı funksioner həmin vaxt ailəsi və azyaşlı nəvəsi ilə birlikdə evdə olub. Yanğın nəticəsində onun avtomobil parkı və evin yarısı tamamilə yanıb.

Qeyd edək ki, Piter Louell 2003-cü ildən "Seltik"in icraçı direktorudur. Onun yayda təqaüdə çıxacağı gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər