Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edilib
Tarix: 21-05-2021 17:57 | Bölmə: İdman
Azərbaycan ağırlıqqaldıranı diskvalifikasiya edilib

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova müvəqqəti diskvalifikasiya olunub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) qərar qəbul edib.

Bolqarıstanlı legionerin dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb. İdmançı B testinin analiz nəticəsini tələb etmək hüququna malikdir/Report.

Qeyd edək ki, Boyanka Kostova aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər