Azərbaycan millisinə daha bir futbolçu cəlb olunub
Tarix: 24-05-2021 10:56 | Bölmə: İdman
Azərbaycan millisinə daha bir futbolçu cəlb olunub

Azərbaycan milli komandasının Bakıda keçirilən hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmanın və "Neftçi"nin yarımmüdafiəçisi İsmayıl Zülfüqarlı paytaxtdakı məşqlərdə iştirak edəcək. O, "Neftçi"dən əsas milliyə dəvət alan sayca 4-cü oyunçudur.

Daha əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Namik Ələskərov yığmaya çağırılıb.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}