00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
“Səbail” 3 futbolçusu ilə vidalaşıb
Tarix: 26-05-2021 12:55 | Bölmə: İdman
“Səbail” 3 futbolçusu ilə vidalaşıb

Premyer Liqada mövsümü son pillədə başa vuran “Səbail” “təmizləmə işləri”nə başlayıb.

Məlumata görə, Bakı klubu 3 futbolçusu ilə yollarını ayırıb.

“Səbail”dən ayrılan ilk oyunçuların hər üçü əcnəbi yarımmüdafiəçidir. Bunlar şimali makedoniyalılar Florian Kadriu ilə Milovan Petrovik, gürcüstanlı Luka İmnadzedir. Adıçəkilən futbolçularla başa çatan müqavilə müddəti yenilənməyəcək.

Qeyd edək ki, Florian Kadriu “Səbail”ə mövsümün əvvəlində, Milovan Petroviklə Luka İmnadze qış fasiləsində keçib. Geridə qalan mövsüm Premyer Liqada Kadriu 18, Petrovik və İmnadze 13 matçda iştirak edib/Apasport




Bölməyə aid digər xəbərlər