Bakıda beynəlxalq yarış: İlham Zəkiyev uduzub
Tarix: 26-05-2021 14:08 | Bölmə: İdman
Bakıda beynəlxalq yarış: İlham Zəkiyev uduzub

Azərbaycanın son 8 paracüdoçusu Bakıda keçirilən beynəlxalq Qran-Pridə mübarizəyə başlayıb.

Reyting.az
xəbər verir ki, kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi +70kq) tatami üzərinə çıxıblar.

İdmançılardan üçü finala vəsiqə qazanıblar. H.Rəhimli, Z.Hüseynova və X.Hüseynova finaladək bütün rəqiblərini məğlub edərək, qızıl medal görüşünə çıxmağa haqq qazanıblar.

Hüseyn Rəhimli həlledici qarşılaşmada Davurxan Kəramətovla (Özbəkistan) üz-üzə gələcək. Zülfiyyə Hüseynovanın finaldakı rəqibi Alana Maldonado (Braziliya) olacaq. Xanım Hüseynova isə qızıl medal uğrunda Olqa Pozdnişyeva ilə qüvvəsini sınayacaq.

Digər paracüdoçular isə məğlub olaraq, medal şansını itiriblər.

Qeyd edək ki, ilk gündə Azərbaycanın 6 paracüdoçusu fəxri kürsüyə qalxıb. Onlardan ikisi qızıl, dördü isə bürünc medal qazanıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər