Polşada "Mançester Yunayted" azarkeşlərinə hücum olub
Tarix: 26-05-2021 17:37 | Bölmə: İdman
Polşada "Mançester Yunayted" azarkeşlərinə hücum olub

İngiltərənin "Mançester Yunayted" klubunun azarkeşləri İspaniya "Vilyarreal"ına qarşı UEFA Avropa Liqasının final oyunu öncəsi hücuma məruz qalıblar.

BBC xəbər verir ki, insident ötən gecə matçın oynanılacağı Polşanın Qdansk şəhərindəki barların birində baş verib.

İddiaya görə, polşalı fanatların törətdiyi hadisə nəticəsində 3 ingilis tərəfdar yüngül dərəcəli xəsarət alıb. Həmçinin onların bəzi əşyaları oğurlanıb. Hazırda həmin əşyaların sahiblərinə qaytarılması istiqamətində iş gedir.

Qeyd edək ki, Qdansk stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər