16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
12:12 / 21-05-2024
Sabah yağış yağacaq
Bu gün milli komandamız Türkiyə yığması ilə qarşılaşacaq
Tarix: 27-05-2021 08:38 | Bölmə: İdman
Bu gün milli komandamız Türkiyə yığması ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Reyting.az
-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər idarə edəcək.

Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.

Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu.

Oyun öncəsi komandaların heyətində itki yoxdur.

Yoldaşlıq oyunu

21:00. Türkiyə - Azərbaycan

Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo).

Alanya, Oba stadionu.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}