14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
Şenol Güneş: "Azərbaycan yığması bizə çətinliklər yaşatdı"
Tarix: 27-05-2021 23:28 | Bölmə: İdman
Şenol Güneş: "Azərbaycan yığması bizə çətinliklər yaşatdı"

"Hazırlıq matçı idi. Yeni oyunçuları görmək istəyirdik. Bəzilərini riskə atmaq istəmirik, bəzilərini isə daha çox yükləyirik".

Bu fikirəri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş Azərbaycanı millisini 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssisin sözlərinə görə, oyunçularının hamısı əlindən gələni edib: "Səhvlərimiz və çatışmazlıqlarımız var. Amma qələbə qazanmaq hər zaman gözəldir".

Təcrübəli baş məşqçi Azərbaycan seçməsinin son 3 oyunda asanlıqla təslim olmadığını xatırladıb: "Azərbaycan yığması öz gücündən yaxşı istifadə etməyi bacarır. Bizə çətinlik yaşatdılar. Sürətli əks hücumlara çıxırdılar. Buna baxmayaraq, qələbə qazanmaq sevindiricidir".

Günəş zədələnən futbolçular haqqında bunları söyləyib: "Halilin ayaq biləyində problem var. Ciddi olmayacağını düşünürük. Altayın vəziyyəti isə daha yaxşıdır. Sabah durumlarına tam aydınlıq gələcək".

O, oyun sistemində müəyyən dəyişikliklər etdiklərini deyib: "Əslində, əsas məqsəd bu idi. Rəqib yaxşı qapanıb, hücuma keçirdi. Hesabda da önə keçdilər. Amma sonradan qollar vurub üstünlüyü ələ aldıq. Qardaş komanda ilə dostluq matçı oldu"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}