Baş məşqçi: “Qol vurmaq şanslarımızdan yararlana bilmədik”
Tarix: 28-05-2021 08:44 | Bölmə: İdman
Baş məşqçi: “Qol vurmaq şanslarımızdan yararlana bilmədik”

“Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. Ümumilikdə isə komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım".

Reyting.az
xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi Türkiyəyə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Heyətə gəlincə, Azərbaycan Kubokunun finalından sonra bəzi futbolçular yorğun olduqları üçün fiziki hazırlıqları daha yaxşı olan oyunçulara şans verdim. Finalda iştirak edən futbolçuların bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus mllisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm”, - deyə o bildirib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər