16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
UEFA Çempionlar Liqasının formatını dəyişmək istəyir
Tarix: 28-05-2021 08:50 | Bölmə: İdman
UEFA Çempionlar Liqasının formatını dəyişmək istəyir

UEFA rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin həlledici oyunlarının formatını dəyişmək variantını nəzərdən keçirir.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Məlumata görə, ən mümkün variant yarımfinalda iki matçlıq sistemdən imtina edilməsidir. Bundan əlavə, iki yarımfinal matçı və final oyunu, bir həftə eyni şəhərdə keçiriləcək.

UEFA-nın ehtimalına görə, qərar əlavə maliyyə axınına və tamaşaçı əhatəsinin genişlənməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, dəyişikliklərdən heç biri 2024-cü ildə planlaşdırılan Çempionlar Liqasının formatının islahatından əvvəl qüvvəyə minməyəcək. UEFA dəyişikliklərə qərar verən ilk qurum deyil. Bundan əvvəl Şimali, Mərkəzi Amerika və Karib hövzəsi futbolunun konfederasiyası olan CONCACAF, iki matçlıq finaldan imtina edəcəyini və idarə olunan turnirlər üçün bir sıra digər qaydaları dəyişdirəcəyini bildirib.

UEFA-nın ötən həftə yayımladığı maliyyə təhlilinə əsasən, qitənin aparıcı klubları koronavirus pandemiyasına görə 8 milyard avrodan çox zərərlə üzləşəcək. Məhz klubların maliyyə çətinlikləri qurumu əlavə gəlir mənbəyi axtarmaqa məcbur edir.

UEFA ötən həftə qitənin ən yaxşı klublarının koronavirus səbəbilə 8 milyard avrodan çox zərərlə üzləşəcəyi barədə maliyyə təhlili yayımlayıb.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}