"Qəbələ" braziliyalı müdafiəçi ilə anlaşıb
Tarix: 05-08-2021 15:01 | Bölmə: İdman
"Qəbələ" braziliyalı müdafiəçi ilə anlaşıb

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Reyting.az
xəbər verir ki, braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub. Renato daha öncə vətənində “Santa Rita” (2015), “Quaratinqueta” (2015-18), “Yuventud” (2016-17, icarə əsasında), “Vitoriya” (2018-20), “Fiqueyrense” (2019, icarə əsasında), “Botafoqo” (2020, icarə əsasında), həmçinin Avstriyanın “Austriya” (2017-18, icarə əsasında) klublarında da çıxış edib.

Xatırladaq ki, “Qəbələ” Renatoya qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.




Bölməyə aid digər xəbərlər
21-09-2021, 16:06 Messi zədələnib

{sape_links}{sape_article}