Millimizin üzvləri Belçikada karantinə alınacaq
Tarix: 17-01-2022 23:26 | Bölmə: İdman
Millimizin üzvləri Belçikada karantinə alınacaq

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin üzvləri yoldaşlıq oyunu keçirmək üçün səfər etdiyi Belçikada COVİD-19 testi verib.

Azərbaycan Futzal Federasiyasının məlumatına görə, komandanın heyətində Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb.

Belçika Krallığının qanunlarına əsasən, hər iki futzalçı karantinə alınacaq. Bu səbəbdən onlar Belçika ilə keçirilmiş yoldaşlıq matçında iştirak etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər