Qış idman növlərində də dəyişikliklər olacaq
Tarix: 18-01-2022 17:49 | Bölmə: İdman
Qış idman növlərində də dəyişikliklər olacaq

"Fiqurlu konkisürənlərimizin son nəticələri bizi sevindirir".

Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, sonuncu Avropa çempionatında Yekaterina Ryabovanın 7-ci yeri tutduğunu xatırladıb: "Ümid edirəm ki, Pekindəki Qış Olimpiya Oyunlarında da nəticə sevindirici olacaq".

Hüseynzadə Azərbaycanın 5-ci dəfə qış olimpiadasına qatılacağını bildirib: "Son zamanlar idman federasiyalarının rəhbərliyi gücləndirilir. Qarşıdakı aylarda da qış növləri üzrə də analoji addımlar atılacaq və ümid edirəm ki, daha yüksək nəticələr əldə olunacaq".

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər