Türkiyə millisinin futbolçusu Rusiya klubuna keçib
Tarix: 19-01-2022 18:04 | Bölmə: İdman
Türkiyə millisinin futbolçusu Rusiya klubuna keçib

Türkiyə millisinin futbolçusu Yusuf Yazıcının karyerasını Rusiyada davam etdirəcəyi dəqiqləşib.

Məlumata görə, “Lill”in yarımmüdafiəçisi Moskva MOİK-inə keçib.

Rusiya təmsilçisi 25 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, MOİK yayda onu birbaşa transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Yusuf Yazıcının “Lill” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}