Millimizin iki üzvü oteldə karantinə alınıb
Tarix: 21-01-2022 18:02 | Bölmə: İdman
Millimizin iki üzvü oteldə karantinə alınıb

Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVID-19 anticism analizləri götürülüb.

AFFA-nın məlumatına görə, komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah - yanvarın 22-də, səhər saatlarında açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər