"Qarabağ" bir gündə iki oyunu uduzub
Tarix: 21-01-2022 20:57 | Bölmə: İdman
"Qarabağ" bir gündə iki oyunu uduzub

Bu gün "Qarabağ" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarını keçirib.

Reyting.az
xəbər verir ki, Qurban Qurbanovun komandası ilk olaraq "Baçka Topola" (Serbiya) ilə üz-üzə gəlib. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ" bu görüşdə ikinci heyətin üzvlərinə də şans verib.

"Qarabağ" günün ikinci yarısında "Slyonsk"u (Polşa) sınağa çəkib. Bu matçda Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub. "Qarabağ"ın qollarını Veşoviç (26-cı dəqiqə) və Kadi (80-ci dəqiqə) vurub. Sözügedən qarşılaşmada əsas heyətin üzvləri iştirak edib.

"Baçka Topola" Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, "Slyonsk" isə Polşa liqasında 24 xalla 10-cudur.

Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər