22-ci tur: “Qarabağ”ın rəqibi qalib gəlib
Tarix: 23-01-2022 10:34 | Bölmə: İdman
22-ci tur: “Qarabağ”ın rəqibi qalib gəlib

Futbol üzrə Fransa çempionatında 22-ci turun oyunları keçirilir. Reyting.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Lill” bu turda “Brest”in qonağı olub. Son çempion bu oyunda 2 cavabsız qolla uduzub.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i isə “Lans”la üz-üzə gəlib. Sözügedən komanda səfərdə inamlı qələbəyə sevinib.

Lider PSJ bu turda “Reyms”i qəbul edəcək, “Monako” isə çətin “Monpelye” səfərinə yollanacaq.

Fransa Liqa 1
22-ci tur
21 yanvar


Olimpik (Lion) – Sent-Etyen 1:0

Qol: Dembele, 15-pen.

22 yanvar

Brest – Lill 2:0
Qol: Djalo, 3. Munye, 90+4.

Lans – Olimpik (Marsel) 0:2
Qol: Payet, 34-pen. Bakambu, 77.

23 yanvar

16:00. Mets – Nitsa
18:00. Anje – Trua
18:00. Bordo – Strasburq
18:00. Klermon – Renn
18:00. Nant – Loryan
20:05. Monpelye – Monako
23:45. PSJ – Reyms.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}