Şəhriyar Məmmədyarov növbəti dəfə qələbə qazanıb
Tarix: 23-01-2022 21:53 | Bölmə: İdman
Şəhriyar Məmmədyarov növbəti dəfə qələbə qazanıb

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turniri davam edir.

Reyting.az
xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 8-ci turun görüşünü keçirib. Bu dəfə rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib. Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər