Üç klubumuzda oynamış futbolçu karyerasını Ermənistanda davam etdirəcək
Tarix: 25-01-2022 09:19 | Bölmə: İdman
Üç klubumuzda oynamış futbolçu karyerasını Ermənistanda davam etdirəcək

Azərbaycanın “Səbail” (2018-2019-cu illər), “Sabah” (2020) və “Keşlə” (2021) klublarında oynamış Yevgeni Koçuk bundan sonra Ermənistan klubunda çalışacaq.

Reyting.az
xəbər verir ki, Moldovadan olan 28 yaşlı futbolçu sözügedən ölkənin “Pünik" komandasına keçib.

İrəvan təmsilçisi tərəflər arasındakı sözləşmənin müddəti və digər detallarını açıqlamayıb.

Qeyd edək ki, Moldova millisinin də üzvü olan futbolçu son olaraq, ölkəsinin “Zimbru" klubunda çıxış edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər