Azərbaycan Super Liqasının reqlamenti dəyişdirilib
Tarix: 25-01-2022 23:48 | Bölmə: İdman
Azərbaycan Super Liqasının reqlamenti dəyişdirilib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik edilib.

Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, çempionatın qalibi nəzərdə tutulduğu kimi 6 deyil, 4 dövrənin yekununa əsasən müəyyənləşəcək.

Buna mart və aprel aylarında kubok oyunlarının təqvimə salınması səbəb olub.

Qeyd edək ki, qərar klubların razılığı əsasında qəbul edilib.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}