11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Azərbaycan yığmasının 5 üzvündə koronavirus aşkarlanıb
Tarix: 27-01-2022 16:38 | Bölmə: İdman
Azərbaycan yığmasının 5 üzvündə koronavirus aşkarlanıb

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"A Bola" nəşri xəbər verir ki, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var.

Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir.

Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib