Haiti millisinin üzvü "Zirə"də oynayacaq
Tarix: 27-01-2022 21:11 | Bölmə: İdman
Haiti millisinin üzvü "Zirə"də oynayacaq

"Zirə" heyətinə yeni futbolçu cəlb edib.

Klubun mətbuat xidmətinin məlumatına görə, paytaxt təmsilçisi Brayan Alseusla 2.5 illik müqavilə bağlayıb.

25 yaşlı yarımmüdafiəçi daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.

Xatırladaq ki, "Zirə" ötən gün fransalı yarımmüdafiəçi Hamidu Keytanı da heyətinə cəlb etdiyini açıqlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}