Türkiyə I Liqada legioner limiti artırılıb
Tarix: 28-01-2022 11:44 | Bölmə: İdman
Türkiyə I Liqada legioner limiti artırılıb

Türkiyə Futbol Federasiyası (TFF) I Liqada əcnəbi oyunçu sayıda dəyişiklik edib.

Reyting.az
xəbər evrir ki, 2022/2023 mövsümündə klubların daha öncə 5 legioner sifariş edə biləcəyini açıqlayan İcraiyyə Komitəsi bu sayı 7-yə yüksəldib. Lakin bu halda, futbolçulardan ən azı birinin təvəllüdü 1 yanvar 1999-cu il və daha sonrakı tarixlər olmalıdır.

Bundan başqa, TFF 2023/2024 mövsümü üçün müəyyənləşdirdiyi əcnəbi oyunçu sayını 5-dən 6-ya qaldırıb. Bu halda isə legionerlərdən birinin doğum tarixi 1 yanvar 2001-ci il və daha sonrakı tarixlər olmalıdır.

Legionerlərdən eyni vaxtda oynadıla bilənlərin sayı isə 2022/2023 və 2023/2024 mövsümlərində ən çoxu 4 olacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər