Ukraynanın tanınmış boksçusu intihar edib
Tarix: 28-01-2022 16:58 | Bölmə: İdman
Ukraynanın tanınmış boksçusu intihar edib

Ukraynalı tanınmış boksçu Vladimir Virçis 49 yaşında dünyasını dəyişib.

Məlumata görə, idmançı intihar edib.

Onun son vaxtlar depressiyadan əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, peşəkar boksda 1999-cu ildə debüt etmiş Virçis 2003-2004-cü illərdə ağır çəkidə IBF versiyası üzrə qitələrarası çempion olub. Boksçu bu uğurunu 2005 - 2006-cı illərdə WBO versiyası üzrə çempion olmaqla təkrarlayıb. Peşəkar rinqdə 27 döyüş keçirmiş mərhum idmançı 25 qələbə qazanıb, 2 dəfə isə məğlub olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}