Rəşad Sadıqov: "Azərbaycanda futbolçu nəsli kəsilir"
Tarix: 01-02-2022 16:10 | Bölmə: İdman
Rəşad Sadıqov: "Azərbaycanda futbolçu nəsli kəsilir"

"Get-gedə Azərbaycanda futbolçu nəsli kəsilir".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İctimai TV-də yayımlanan "Bol idman" verilişində deyib.

40 yaşlı mütəxəssis aşağı yaş qruplarında vəziyyətin yaxşı olmadığını vurğulayıb: "Elə yaş qruplarımız var ki, adlarını çəkmək istəmirəm. Gedib kənardan baxır və fikirləşirsən ki, 6-7 ildən sonra bizi nə gözləyir? 6-7 il sonra nə edəcəyik? Bunlar qarşılıqlı müzakirəyə çıxarılmalıdır. Bu sahədə daha savadlı ekspertlərimiz kimdirsə, onlarla müzakirə olunmalıdır. Lazımdırsa, beynəlxalq mütəxəssislər dəvət olunmalı, bir çıxış yolu tapılmalıdır. Bu gün gedən proseslər göstərir ki, bu, çıxış yolu deyil. Bizim futbolçu nəslimiz kəsilir".

Sadıqov xatırladıb ki, futbolçu nəslinin kəsilməyə doğru getdiyini 5 il əvvəl də söyləyıb: "2017-ci ilin dekabrında İtaliyada "Roma"nın U-19 komandasına qarşı UEFA Gənclər Liqasının son tur oyunundan sonra açıqlamamda söyləmişdim ki, bəzi mövqelərdə futbolçu nəslimiz kəsilir. Müxtəlif mövqelər var ki, artıq ora futbolçu gəlmir. Bəzi milliləşmiş oyunçuların, "Qarabağ", "Neftçi" və "Qəbələ"nin yetirmələrinin hesabına bu gün millimizdə müəyyən 15 - 20 futbolçu var. Yaxşı ki, onlar son dönəmlərdə ortaya çıxıb. Amma geri boylananda görürsən ki, 6-7 ilə çox ciddi futbolçu qıtlığımız olacaq, 4-5 ötürməni ardıcıl verə bilməyən futbolçularla meydana çıxacağıq. Bu səbəbdən, nələrsə etmək lazımdır"/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər