2021-ci ildə AFFA-ya 26 milyon manatdan çox vəsait verilib
Tarix: 02-02-2022 10:17 | Bölmə: İdman
2021-ci ildə AFFA-ya 26 milyon manatdan çox vəsait verilib

AFFA-nın Maliyyə və Mühasibat Departamenti bu gün keçirilən hesabat konfransında qurumun 2021-ci il üçün hesabatını təqdim edib.

Reyting.az
-ın məlumatına görə, ötən il qurumun büdcəsinə 26 milyon 636 min 579 manat vəsait daxil olub.

Bu məbləğin 12 milyon manatını AFFA-nın baş sponsoru olan SOCAR ödəyib. Vəsaitin 5 milyon 15 min 425 manatı UEFA-dan, 5 milyon 742 min 346 manatı milli komandanın yayım hüququndan, 2 milyon 923 min 188 manatı FİFA-dan, 47 min 200 manatı “Coca Cola”dan, 236 min manatı "Paşa Sığorta"dan, 16 min 874 manatı UNİCEF-dən, 123 min 900 manatı P&G-dan, digər 530 min 646 manat isə başqa mənbələrdən assosiasiyanın hesabına daxil olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}