"Beşiktaş" "Qalatasaray"ın sabiq futbolçusunu transfer edib
Tarix: 02-02-2022 11:38 | Bölmə: İdman
"Beşiktaş" "Qalatasaray"ın sabiq futbolçusunu transfer edib

Türkiyənin "Beşiktaş" klubu Portuqaliya "Benfika"sında çıxış edən Jedson Fernandeşi heyətinə qatıb.

"NTV Spor" xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalayacaq.

"Qara qartallar" oyunçunun növbəti satışından əldə olunan gəlirin 50 faizini "Benfika"ya verəcək. Fernandeşin illik maaşı 1,3 milyon avro olacaq.

Portuqaliyalı futbolçu mövsümün sonunadək başqa kluba icarəyə veriləcək.

Qeyd edək ki, Jedson Fernandeş 2021-ci ildə icarə əsasında "Qalatasaray"ın formasını geyinib. "Sarı-qırmızılar"ın onu yenidən icarəyə götürməsi gündəmdi idi/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}