AFFA: "Komanda sayı artırılsa, legioner limitinə baxılacaq"
Tarix: 02-02-2022 13:37 | Bölmə: İdman
AFFA: "Komanda sayı artırılsa, legioner limitinə baxılacaq"

"Legioner limiti ilə bağlı müzakirələr hər zaman və hər yerdə gedir. İdeal formanı tapmaq çox çətin olur. Gündəlikdə olmasa da, müzakirələr aparırıq".

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Növbəti Konfrans və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Milli assosiasiya rəsmisinin sözlərinə görə, komanda sayının artırılmasından sonra bu məsələ üzərində düşünmək olar: "8 komandalı çempionatda legioner limitini artırmaq olmaz. Bu halda klublar dərhal legioner sayını artıracaqlar. O zaman ziyanda Azərbaycan futbolçusu olacaq. Bu isə milli komandaya birbaşa təsir göstərəcək. 10 komanda olduqda isə imkanlar genişlənəcək. Çünki yerli futbolçu 9-10-cu komandaya transfer olacaq. İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ gündəliyə salınaraq, müzakirə olunacaq".

E.Məmmədov bildirib ki, legioner məsələsindən danışanda Qərbi Avropa ölkələrini misal göstərmək lazım deyil: "Çünki orada Avropa İttifaqı vətəndaşlığı var. Ona görə də futbolu Şərqi və Qərbi Avropaya bölmək lazımdır. Bizim futbolçu Avropada əcnəbi futbolçu sayılır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}