“Qarabağ”ın oyununun vaxtı dəyişdirilib - Təqvim
Tarix: 03-02-2022 13:38 | Bölmə: İdman
“Qarabağ”ın oyununun vaxtı dəyişdirilib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Reyting.az
-ın məlumatına görə, qarşılaşmalar öncədən planlaşdırıldığı kimi iki günü deyil, üç günü əhatə edəcək.

Buna “Qarabağ” səbəb olub. Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək Ağdam klubu “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət edib. Yarışların Əsasnaməsini və “Keşlə”nin razılıq məktubunu rəhbər tutan qurum “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən 11-nə keçirib.

Qeyd edək ki, cavab görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu


11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”

12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

13 fevral (bazar)
18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu.(ApaSport)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}