Azərbaycan nümayəndə heyyəti “Pekin-2022”-nin rəsmi açılış mərasimində iştirak edəcək
Tarix: 04-02-2022 15:54 | Bölmə: İdman
Azərbaycan nümayəndə heyyəti “Pekin-2022”-nin rəsmi açılış mərasimində iştirak edəcək

Azərbaycan nümayəndə heyyəti “Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Reyting.az
xəbər verir ki, Azərbaycan nümayəndə heyyətinin üzvləri Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və Azərbaycan Olimpiya Komandasının bayraqdarı Vladimir Litvinsev Pekin Milli Stadionunda təşkil olunacaq açılış mərasiminə qatılacaq.

XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci çıxacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}