14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Mahir Emreli: ""Dinamo"ya keçdiyim üçün xoşbəxtəm"
Tarix: 05-02-2022 17:17 | Bölmə: İdman
Mahir Emreli: ""Dinamo"ya keçdiyim üçün xoşbəxtəm"

"Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır".

Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun rəsmi televiziyasına müsahibəsində deyib.

25 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib: "Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. "Dinamo"ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur, hər kəs bunu çox yaxşı bilir".

Forvard daha əvvəl Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: "İngiltərənin "Tottenhem" klubuna qarşı matç möhtəşəm idi. "Dinamo" göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir".

Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib