"Marsel" "Qarabağ"la matçadək azarkeşsiz oynayacaq
Tarix: 06-02-2022 17:34 | Bölmə: İdman
"Marsel" "Qarabağ"la matçadək azarkeşsiz oynayacaq

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.


Məlumata görə, Marsel şəhərinin eyniadlı təmsilçisinin fanatları fevralın 13-də "Nitsa"ya qarşı ölkə kubokunun 1/4 final və bundan 3 gün sonra "Mets"lə Liqa 1-in XXIV tur matçlarına buraxılmayacaqlar.

Buna səbəb Xorxe Sampaolinin rəhbərlik etdiyi kollektivin səfərdə "Şovinyi" klubuna 3:0 hesabı ilə qalib gəldiyi kubokun 1/8 final qarşılaşmasında qonaq komandanın tərəfdarlarının tüstü bombalarından istifadəsidir.

Bu isə o deməkdir ki, "Marsel" öz azarkeşləri ilə evdə "Qarabağ"a qarşı oynayacağı pley-off matçında görüşə biləcək/Report.

Qeyd edək ki, qarşılaşma fevralın 17-də "Velodrom" stadionunda baş tutacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}