Azərbaycan cüdoçuları Böyük Dəbilqədə iki medal qazanıb - Yenilənib
Tarix: 06-02-2022 18:07 | Bölmə: İdman
Azərbaycan cüdoçuları Böyük Dəbilqədə iki medal qazanıb

Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.

Məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən gürcüstanlı legioner finalda monqolustanlı Tsetsentsengel Odxuuya uduzub.


Beləliklə, Azərbaycan yığması Böyük Dəbilqəni 2 gümüş medalla başa vurub. Daha əvvəl Məmmədəli Mehdiyev (90 kq) da finalda məğlub olub.

***

Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Məlumata görə, 90 kq-da yer alan Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn idmançı adını finala yazdırıb. Mehdiyev qızıl medal uğrunda qarşılaşmada Sanşiro Murao (Yaponiya) üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.

100 kq-dan yuxarı çəkidə çıxış edən Uşangi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Batjarqalin Odkhüü (Monqolustan) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər