"Yeni Malatyaspor" klubu baş məşqçini istefaya göndərib
Tarix: 07-02-2022 14:47 | Bölmə: İdman
"Yeni Malatyaspor" klubu baş məşqçini istefaya göndərib

Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Marius Şumuditsanı istefaya göndərib.

Məlumata görə, 51 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

"Yeni Malatyaspor" rumıniyalı baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Şumuditsa 2021-ci ilin oktyabrında komandanın sükanı arxasına keçib. Onun klubla sözləşməsi yayda başa çatmalı idi. "Yeni Malatyaspor" Superliqada 23 oyundan sonra 16 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər