"Qarabağ"ın sabiq futbolçusu: "Emreli qaydalara uyğun davranmadı"
Tarix: 07-02-2022 16:52 | Bölmə: İdman
"Qarabağ"ın sabiq futbolçusu: "Emreli qaydalara uyğun davranmadı"

"Emreli qaydalara uyğun davranmadı, yaranmış vəziyyətdən öz xeyrinə istifadə etdi".

Bunu Polşanın "Visla" (Plotsk) klubunun futbolçusu Yakub Jezniçak Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Legiya"nı Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında dəyişməsi barədə yerli mətbuata müsahibəsində deyib.

36 yaşlı müdafiəçi Emrelini avtobusda azarkeşlərin hücumuna məruz qalmış digər futbolçu Lukinyasla müqayisə edib: "Gəlin, Lukinyasa baxaq. O, tam fərqli hərəkət etdi. Amma azarkeşlərin davranışı da normal deyil və ümumiyyətlə, belə hallar olmamalıdır. "Legiya"nın problemlərini araşdırmaq, ayrı-ayrı oyunçuları tənqid və ya müdafiə etmək istəmirəm. Bütün bunlarla klubda işləyənlər məşğul olmalı və hər şeyi yoluna qoymalıdırlar"/Report.

Qeyd edək ki, Mahir Emreli 2017 - 2019-cu ildə "Qarabağ"da Yakub Jezniçakla komanda yoldaşı olub. 25 yaşlı hücumçu "Dinamo" ilə 4,5 illik müqavilə bağlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}