UEFA Belarus - Azərbaycan matçının yerini açıqlayıb
Tarix: 07-02-2022 18:14 | Bölmə: İdman
UEFA Belarus - Azərbaycan matçının yerini açıqlayıb

Belarus və Azərbaycan milli komandaları arasında UEFA Millətlər Liqasının qrup oyununun yeri bəlli olub.

Məlumata görə, C Liqasının 3-cü qrupunda II tura təsadüf edəcək qarşılaşma Minsk şəhərindəki Milli Olimpiya Stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Belarusdakı ictimai-siyasi vəziyyətlə əlaqədar sözügedən oyunun neytral ölkədə təşkili gözlənilirdi. Çünki ötən ilin iyununda UEFA öz turnirlərinin bu ölkədə təşkilindən imtina edib. Bu, Avropa İttifaqının "Ryanair"ə məxsus təyyarəsi ilə bağlı insident üzündən etirazlar fonunda baş verib. Qitə futbol qurumu 2021-ci ildə bu ölkədə heç bir yarışın olmayacağını açıqlayıb. Nəticədə Belarus yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərini Rusiyanın Kazan şəhərində qəbul edib.

Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}