UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq
Tarix: 08-02-2022 16:55 | Bölmə: İdman
UFC döyüşləri Azərbaycanda canlı yayımlanacaq

Mütləq Döyüş Çempionatının (UFC) görüşləri Azərbaycanda canlı yayımlanacaq.

Məlumata görə, UFC bununla bağlı "SARAN Media Group" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Anlaşmaya əsasən, döyüşlər Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistanda da nümayiş etdiriləcək.

Razılaşmanın bir hissəsi olaraq, bütün UFC tədbirləri və əlaqəli məzmunlar, o cümlədən diqqət çəkən məqamlar və reklam çarxları televiziya, onlayn platformalar və qeyd olunan ərazilərdəki mobil cihazlarda yayımlanacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}