Dünya çempionatının ilk finalçısı müəyyənləşib
Tarix: 09-02-2022 08:06 | Bölmə: İdman
Dünya çempionatının ilk finalçısı müəyyənləşib

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu, Braziliya "Palmeyras"ıdır. Komanda yarımfinalda Misirin "Əl-Əhli" klubuna qalib gəlib. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}