Sahil Babayev: "Boks idman növü Azərbaycanda böyük ənənələrə malikdir"
Tarix: 09-02-2022 12:07 | Bölmə: İdman
Sahil Babayev: "Boks idman növü Azərbaycanda böyük ənənələrə malikdir"

"Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev davam etdirir".

Bbunu Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın bütün idman növlərinə geniş dəstək verilib: "Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Boks idman növü Azərbaycanda böyük ənənələrə malikdir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}