Fiqurlu konkisürənimiz Pekin-2022-nin final mərhələsində çıxış edib
Tarix: 10-02-2022 08:16 | Bölmə: İdman
Fiqurlu konkisürənimiz Pekin-2022-nin final mərhələsində çıxış edib

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində çıxış edib.

Reyting.az
-ın məlumatına görə, 21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparıb.

A. Litvintsev 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.

Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub.

Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}