AFFA bəzi klub və futbolçuları cəzalandırıb
Tarix: 10-02-2022 12:48 | Bölmə: İdman
AFFA bəzi klub və futbolçuları cəzalandırıb

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın XV turunun “Keşlə” – “Zirə” oyununda “Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

“Neftçi” – “Qarabağ” oyununda matçın 73-cü dəqiqəsində “Neftçi” komandasının meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur.
“Qarabağ” klubunun azarkeşləri meydançaya kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunur.

“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər