Rövnəq Abdullayev AFFA-nın rəhbəri vəzifəsindən gedəcək? - Açıqlama
Tarix: 11-02-2022 18:56 | Bölmə: İdman
Rövnəq Abdullayev AFFA-nın rəhbəri vəzifəsindən gedəcək?

Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad olunmasından sonra onun AFFA-nın rəhbəri vəzifəsindən gedəcəyinə dair fikirlər artıb.

Reyting.az xəbər verir ki, məsələ ilə bağlı Qol.az saytı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət edib. O qeyd edib ki, Rövnəq Abdullayev hazırda AFFA-nın prezidenti kimi fəaliyyətini davam etdirir: “Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" – deyə AFFA rəsmisi bildirib.

F.Abdulla hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsinin gündəmdə olmadığını da bildirib.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər