"Qarabağ" - "Marsel" oyununa bilet satışı başlayır
Tarix: 12-02-2022 22:40 | Bölmə: İdman
"Qarabağ" - "Marsel" oyununa bilet satışı başlayır

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”-“Marsel” (Fransa) oyununun biletləri fevralın 13-ü saat 11:00-dan satışa çıxarılacaq.

Klubun mətbuat xidmətinin məlumatına görə, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.



Satış məntəqələrini təqdim edirik:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 21:00-dək bütün biletlər satılır;

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}