"Trabzonspor" liderliyini möhkəmlədib
Tarix: 13-02-2022 23:54 | Bölmə: İdman
"Trabzonspor" liderliyini möhkəmlədib

Türkiyə Super Liqasında XXV turun mərkəzi görüşü "Trabzonspor" və "Konyaspor" komandaları arasında keçirilib.

Reyting.az xəbər verir ki, Trabzon şəhərindəki "Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qalib komandadan qolları Edin Vişça 13-cü və 67-ci dəqiqələrdə vurub. Qonaqların təsəlli qoluna isə Sokol Çikaleşi imza atıb.

Bununla da 25 oyundan 60 xal toplayan "Trabzonspor" liderliyini daha da möhkəmlədib. "Konyaspor" isə 24 oyundan 48 xalla 2-ci pillədə yer alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}