"Qarabağ" - "Sumqayıt" oyunu təxirə salınıb
Tarix: 14-02-2022 11:12 | Bölmə: İdman
"Qarabağ" - "Sumqayıt" oyunu təxirə salınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında fevralın 20-də keçirilməsi planlaşdırılan "Qarabağ" - "Sumqayıt" oyunu təxirə salınıb.

Reyting.az
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu UEFA Konfrans Liqasının pley-offunda Fransa "Marsel"i ilə görüşlərə daha yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib.

Qurum "köhlən atlar"ın ölkə idmanı üçün vacib olan matçlara daha yaxşı hazırlaşmasını nəzərə alaraq və “Sumqayıt” klubunun razılığını rəhbər tutaraq qarşılaşmanın mayın 12-də oynanılması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}