13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
"Marsel" - "Qarabağ" oyununun biletləri neçəyə olacaq? - Açıqlama
Tarix: 14-02-2022 16:38 | Bölmə: İdman
"Marsel" - "Qarabağ" oyununun biletləri neçəyə olacaq?

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.

Reyting.az 
Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı "Velodrom" arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.

Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}